Xəbər lenti

Bakı sakini lotereyadan udduğunu görün nəyə verdi
Ölkə06:31 01.05.2015

Bakı sakini lotereyadan udduğunu görün nəyə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yasamal polisi narkotik maddələrin satışı ilə məşğul olan rayon sakini saxlayıb.
APA-nın məlumatına görə, Yasamal rayon sakini Cəbrayıl Camalov 1 kiloqrama yaxın heroinlə tutulub. Polisə ifadəsində o bildirib ki, bir neçə ildir ki, narkotik maddə istifadəçisidir. Onun sözlərinə görə, heroini "20 Yanvar" metro stansiyasının yaxınlığında əvvəllər tanımadığı şəxsdən alıb. C.Camalovun sözlərinə görə, 1 kiloqrama yaxın heroinə 500 manat pul verib. Pulu isə idman yarışları lotereyasından udub.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Qaynar.info