Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdirirlər.
Qaynar.info Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Nuriyevdən 5 kiloqram 100 qram marixuana götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qaynar.info