Xəbər lenti

Bakı sakinini silahla hədələyən şəxs saxlanılıb
Ölkə11:08 26.04.2019

Bakı sakinini silahla hədələyən şəxs saxlanılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 25-də saat 12 radələrində Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları xidmət apardıqları Ş.Səmədov küçəsində evlərin birinin qarşısında iki nəfərin uca səslə mübahisə etdiyini görərək dərhal ora yaxınlaşıblar.
DİN-in Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, bu zaman birinin digərini ov tüfəngi ilə hədələdiyindən polis əməkdaşları həmin şəxsi saxlayaraq 34-cü Polis Şöbəsinə təhvil veriblər.
Araşdırmalarla onun Bakı şəhər sakini Ceyhun Quliyev olduğu müəyyən edilib. Ondan müvafiq sənədləri olan tüfəng götürülüb.
Araşdırma aparılır.