Xəbər lenti

Bakı sakinləri məsuliyyətsiz sürücülərə dərs keçdi - FOTO
Ölkə10:40 07.03.2016

Bakı sakinləri məsuliyyətsiz sürücülərə dərs keçdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Nəsimi rayonunun sakinləri maraqlı aksiya keçirərək intizamsız sürücüləri cəzalandırıblar.
Nəsimi bazarının yaxınlığında, Feyzulla Qasımzadə küçəsi 9 ünvanında sakinlər bəzi sürücülərin əlindən beziblər. Çünki bəzi yol mədəniyyəti olmayan sürücülər yaşayış binasının qarşısında zibil qutularının yanında maşın saxlayaraq yolu bağlayırmışlar. Bundan cana gələn sakinlər bu sürücülərə dərs keçmək qərarına gəliblər.
Sakinlər zibil qutusunun qarşısını kəsən və əhalinin rahatlığını pozan maşınların üstünə məişət tullantıları atıblar. Nəticədə aşağıdakı görüntülər meydana gəlib.
Qaynar.info