Xəbər lenti

Bakı-Şamaxı yolunda ağır qəza: ölən və yaralı var
Ölkə04:54 07.10.2013

Bakı-Şamaxı yolunda ağır qəza: ölən və yaralı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı-Şamaxı yolunda iki nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə hadisə bu gün saat 13:00 radələrində yolun 63-cü kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Səmədov Ramiz Ələddin oğlunun idarə etdiyi 10-FR-782 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili qarşı tərəfdən gələn Biləsuvar rayon sakini Quliyev İlqar Özbək oğlunun idarə etdiyi «2085» tranzit nömrə nişanlı "Ford" markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində "VAZ 2107" markalı minik avtomobilin sürücüsü Ramiz Səmədov və onun anası 1938-ci il təvəllüdlü Səmədova Minarə Ömər qızı hadisə yerində dünyasını dəyişiblər. Avtomobildə olan sürücünün həyat yoldaşı və oğlu isə yüngül xəsarət alıblar. Xəstəxanada onlara ilkin tibbi yardım göstərilib və hər iki şəxs evə buraxılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.


Qaynar.info