
Bakıda dünən səhər saatalarından başlayan tozlu-dumanlı hava şəratinin hələ iki gün də davam edəcəyi bildirilir.
ANS TV-nin məlumatına görə, ölkə ərazisində dünəndən müşahidə olunan toz-dumanlı hava şəraiti hələ də Bakı və Abşeron yarımadasının üzərindən daha aydın sezilməkdədir.
Bu cür hava hələ 3 gün bundan əvvəl Türkmənistan səhralarındakı burulğanın nəticəsi olaraq Bakıya gəlib çatıb. Ölkə ərazisində şimal-şərq küləklərinin əsməsi isə onun ətraf əraziyə yayılmasına səbəb olub. Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitroinq Departamenti havadan nümunələr götürüb. Nümunələrdə tozun miqdarının normadan 2-3 dəfə çox olub.
Hidroloq Asif Verdiyev qeyri-sabit hava şəraitinin ayın 5-nə kimi davam edəcəyini, yağış yağacağnı, şimal küləyinın əsəcəyini, bölgərdə isə daha kəskin şəkil alacağını-bildirib.
Bu cür təbiət hadisəsini hələ bir həftə bundan əvvəl proqnozlaşdırdıqlarını deyən ətraf mühit üzrə milli monitroinq departamentinin direktor müavini Mətanət Avazova qonşu ölkə olan İrandakı hava şəraitinin də cənub küləkləri əsdiyi təqdirdə ölkə ərazisinə keçəcəyini istisna etmədi.
Qaynar.info