Xəbər lenti

Bakı-Sumqayıt qatarları gecikir, insanlar stansiyada qalıb
Ölkə19:33 07.03.2025

Bakı-Sumqayıt qatarları gecikir, insanlar stansiyada qalıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarlar gecikir.

APA xəbər verir ki, Bakı-Sumqayıt istiqamətində hərəkət edən 18:25, 18:35, 18:50 sürət qatarlarının heç biri gəlməyib, insanlar stansiyada qalıb.

ADY-nin mətbuat xidmətində bildirilib ki, səbəb Bakı-Sumqayıt-Pirşağı qatarında yaranan texniki nasazlıqdır.

"Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatarların birində texniki nasazlıq yaranıb.

Bir qatar dayananda pik saatlarında digər qatarların da hərəkətinə təsir edir", - məlumatda qeyd edilib.