XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bakı-Sumqayıt yolunda genişləndirmə işləri nə vaxt yekunlaşacaq? (VİDEO)
Ekonomiks07:14 19.01.2020

Bakı-Sumqayıt yolunda genişləndirmə işləri nə vaxt yekunlaşacaq? (VİDEO)

Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri davam etdirilir.
Layihəyə uyğun olaraq yolun genişliyinə mane olan torpaq təpəcikləri dağıdılır.
Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, Xırdalan dairəsindən başlayaraq yolun sağ tərəfinin yol yatağı səviyyəsinə endirilməsi işləri görülür. Torpaq təpəciklərinin böyük bir hissəsi isə artıq ərazidən daşınıb.
Genişləndirmə işlərinin may ayının sonuna qədər yekunlaşması planlaşdırılır.