"Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC "Bakı Taxıl Terminalı” MMC-ni məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi İlham Əhmədovun icraatındadır. Dekabrın 6-da iş üzrə məhkəmə hazırlıq iclası keçiriləcək.
İşin mahiyyəti icarə müqaviləsi üzrə mübahisələrdən ibarətdir. Təfərrüatlar barədə azçıq mənbələrdə məlumat yoxdur.
"Bakı Taxıl Temrinalı” MMC Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin "Ak Biday-Terminal” Səhmdar Cəmiyyəti və Azərbaycanın "Planet L” MMC tərəfindən təsis fondu yaradılmaqla, ötən ilin martında təsis edilib. MMC-nin nizamnamə fondu 6 milyon ABŞ dollarıdır. Bu məbləğ hər iki tərəfdən bərabər səviyyədə ödənilib.
Dövlət şirkəti olan "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC 12 iyul 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 AZN olan ASC-nin qanuni təmsilçisi Rəşad Daşdəmirovdur. O, Gəncənin keçmiş icra başçısı Rasim Daşdərmirovun oğludur. Rasim Daşdəmirov yaddaşlarda "Lissabonun sammit şəhəri” ifadəsi ilə qalıb. O bu ifadəni 1996-cı il dekabrın 2-4-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilən ATƏT-in növbəti sammiti barədə danışarkən işlədib.
Seyid