Xəbər lenti

Bakı təcridxanasında nikah mərasimi keçirildi - FOTO
Ölkə14:39 14.07.2014

Bakı təcridxanasında nikah mərasimi keçirildi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda istintaq təcridxanasında nikah mərasimi baş tutub.

Qaynar.info Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, 3 saylı Istintaq təcridaxanasında saxlanılan məhkum İsmayılov Vüqar Qədir oğlunun və yaxınlarının müraciəti əsasında Penitensiar xidmətin rəhbərliyi onun nikah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb.

Bu gün təcridxananın inzibati binasında 4 saylı Bakı "AsanXidmət" mərkəzinin qeydiyyat şöbəsinin müdiri Rəşidə Məmmədova tərəfindən İsmayılov Vüqar Qədir oğlunun vətəndaş İbrahimova Firəngiz Arazi qızı ilə nikahı qeydə alınıb.

Qaynar.info