Xəbər lenti

Bakı-Tiflis-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlandı
Ekonomiks 13:05 18.02.2024

Bakı-Tiflis-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlandı

Yanvar ayında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neft 0,43 faiz artaraq 3 milyon 269,1 min ton olub.

Dövlət Statistika Komitəsindən Qaynarinfo-ya bildirilib ki, nəqletmənin 76 faizi Bakı-Tiflis-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar ayı ərzində bu kəmərlə neft nəqli 1,87 faiz azalaraq 2 milyon 486,1 min ton olub.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,7 faizini və ya 2055,3 min tonunu Azərbaycanda hasil edilən neft, 17,3 faizini və ya 430,8 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->