Xəbər lenti

Bakı və Abşeronda külək güclənib, Quba və Ordubada qar yağıb – FAKTİKİ HAVA
Ölkə04:30 10.01.2024

Bakı və Abşeronda külək güclənib, Quba və Ordubada qar yağıb – FAKTİKİ HAVA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Saat 8-ə olan məlumata görə, ölkə ərazisində qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti müşahidə olunur.
Bu barədə Qaynarinfo-ya ETSN-in Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30-33 m/s, Şirvan, Beyləqan, Neftçalada 20 m/s, Yardımlı, Şəkidə 18 m/s, əksər rayonlarda isə 16 m/s-a çatıb.
Neft Daşları Stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4,8 metr olub. Quba, Ordubada qarın hündürlüyü 1 santimetr olub.
Ölkə ərazisində müşahidə olunan güclü külək günorta saatlarında tədricən mülayimləşəcək. Yağıntılı hava şəraiti isə yanvarın 12-si səhərədək davam edəcək.