Xəbər lenti

Bakı yenilənir: 900 bina söküləcək, 2000 ailə köçürüləcək
Ölkə05:29 04.02.2023

Bakı yenilənir: 900 bina söküləcək, 2000 ailə köçürüləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda ilkin mərhələdə söküləcək binaların sayı məlum olub.
Qaynarinfo-nun BAKU.WS-ə istinadən məlumatına görə, 200-dək ailənin yaşadığı bu binaların sayı 900-dən minədəkdir.
Bununla bağlı xüsusi proqram da hazırlanıb. Söküntünün əhatə edəcəyi ərazilər əsasən paytaxtın Binəqədi, Yasamal, Nərimanov, Nəsimi, Səbail və digər rayonların ərazilərinə düşür.
İlkin mərhələdə köçürüləcək 200-dək ailənin Sovet dövründə ucaldılmış tikililərdə yaşadığı bildirilir. Söküləcək tikililər arasında həm fərdi evlər, həm 5, həm də doqquzmərtəbəli binalar olacaq.