Xəbər lenti

Bakı Zooparkı kərə yağı istehsal edən şirkətdən heyvan yemi alır
Ekonomiks 18:27 23.09.2024

Bakı Zooparkı kərə yağı istehsal edən şirkətdən heyvan yemi alır

Bakı Şəhər Heyvanat Parkı (Bakı Zooparkı) 353 877 manatlı heyvan yemi alır. 

Qaynarinfo xəbər verir ki, bunla bağlı qurumla "Allbuy" MMC ilə satınalma müqaviləsi imzalayacaq. 

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında şirkətin haqqında heç bir qeydə rast gəlinmir. 

"Allbuy" MMC-nin veb-səhifəsində də şirkətin nə zaman yarandığı, dövlət qeydiyyat alındığı və rəhbəri haqqında heç bir məlumat yoxdur. 

Bircə o məlumdur ki, Bakı Heyvanat Parkının heyvan yemi almaq istədiyi bu şirkət kərə yağı istehsal edir. 

Mətbuatda da "Allbuy" MMC kərə yağı istehsalçısı kimi təqdim edilir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->