Xəbər lenti

Bakıda 1-ci qrup əlili vəhşicəsinə döydülər - FOTOLAR
Ölkə05:07 18.10.2014

Bakıda 1-ci qrup əlili vəhşicəsinə döydülər - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Şüvələn qəsəbəsinin sakini, 1965-ci il təvəllüdlü AlikQafarov 16 oktyabr tarixində gecə saatlarında döyülərək müxtəlif bədənxəsarətləri alıb.

Kömək üçün “Beynəlxalq ƏlillərCəmiyyəti” İctimai Birliyi və “Əlillər Dünyası” qəzetinə müraciətedilib. Hər iki təşkilatın əməkdaşları tez bir zamanda Alikin köməyinəçataraq təcili yardım maşını ilə onu Xəzər rayonundakı 26 saylıxəstəxanaya çatdırıb. Lakin növbətçi həkim bəhanələr gətirərək pisvəziyyətdə olan 1-ci qrup əlili xəstəxanaya qəbul etməyib.

“BeynəlxalqƏlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev Modern.az-abildirib ki, onların köməkliyi sayəsində Alik Qafarov Sabunçu Rayonu 3saylı Xəstəxananın travmatologiya şöbəsinə qəbul edilib.

“AlikQafarov 1977-ci ildə 11 yaşında olarkən elektrik qatarının altınadüşərək hər iki ayağını və sağ əlilin bir neçə barmağını itirib. Bunagörə də həmin vaxtdan 1-ci qrup əlil olub. Hər iki ayağının olmamasınabaxmayaraq o, çox istedadlı bir insandır. Belə ki, kənddə bir çoxlarıonun ayağının olmadığını bilmirlər. Çünki Alik protez ayaqları iləvelosiped, hətta maşın da sürür”. T.Xudiyev deyib ki, adıçəkilən əlilinçox gözəl əl qabiliyyəti də var. Taxtadan oyma yolu ilə naxışlı kiçik vəböyük ölçülü əşyalar - şəkil üçün şərçivələr, skamya, stol, stul,kreslo, it üçün damlar, hətta gözəl köşklər də düzəldir. Bir sözlə,əlinin zəhməti ilə dolanır. “Hətta Alik 1-ci qrup əlil ola-olaAzərbaycanımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməküçün 1993-cü ildə könüllü olaraq Əzizbəyov batalyonunun tərkibindəTərtər rayonuna da yollanıb. Onun bu əzmkarlığını, istedadını,çətinliklər qarşısında əyilmədiyini gördükcə düşünürsən ki, həqiqətən dəAllah bir tərəfdən alanda digər tərəfdən nəsə bəxş edir və Alik Qafarovkimi dəyanətli, fiziki qüsurlu insanlar, bəzi mənəvi cəhətdən şikəstolan sağlam insanlardan qat-qat sağlamdırlar. Ümid edirik ki, hər ikiayağından məhrum olan 1-ci qrup əlilə qarşı edilən bu haqsızlıq yerdəqalmayacaq”.

Qaynar.info