Xəbər lenti

Bakıda 1 milyonluq maşın qəza törətdi - FOTOLAR
İdman21:32 01.11.2014

Bakıda 1 milyonluq maşın qəza törətdi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən Bakıda keçirilən FIA GT seriyalı Baku World Challenge avtoyürüşünün final mərhələsində qəza olub. Qaynar.info oxu.az-a istinadən xəbər verir ki, “Audi” komandasını təmsil edən "Audi R8" markalı avtomobilin pilotları idarəetməni itirərək maşını maneəyə çırpıblar. 

Bundan sonra isə dəyəri 1 milyon dollar təşkil edən “Mercedes-Benz SLS AMG GT3” markalı yarış maşın da divara çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb. Yarışlarda qısa fasilə yaranıb və maşınlar bokslara təxliyə olunduqdan sonra yürüş davam edib.

Qaynar.info