Bakıda 1 sotu 700 min manata torpaq - Hansı ərazidədir?
Bakıda 1 sotu 700 min manata torpaq sahəsi satılır.
Hazırda elan saytlarının birində "Ağ şəhər"də cəmi 57 sot sahəyə malik torpaq nə az, nə çox 39 milyon manata təklif olunur. Bu isə torpağın bir sotunun 684 min manatdan baha qiymətə satışı deməkdir.
Əmlak eksperti Elnur Azadovun sözlərinə görə, paytaxtda bir neçə ərazi var ki, burada qiymətlər rekord həddədir.
Onun sözlərinə görə, daşınmaz əmlak bazarında qiymətlər son 4 ildə 55 faiz artıb.
Ekspert əlavə edib ki, buna paralel olaraq tikinti şirkətlərinin aktivliyi də azalıb. İcazələr də az verildiyinə görə ölkədə daşınmaz əmlakın qiyməti dayanmadan artır. Yəni tələb artdıqca, qiymət də yüksəlir.
Eyni zamanda hazırda istismar müddəti bitmiş və sökülmə səviyyəsinə çatan 16 min bina mövcuddur. Əgər o söküntü işləri reallaşsa və bu istiqamətdə tikinti şirkətlərinin də aktivliyi çoxalsa, torpaqlara ehtiyac azalacaq və bununla da torpaqların qiyməti stabilləşəcək.//Xəzər TV
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər