Xəbər lenti

Bakıda 10 maşın toqquşdu: ölən var - FOTOLAR
Ölkə05:18 01.04.2015

Bakıda 10 maşın toqquşdu: ölən var - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Dərnəgül şosesində ağır yol nəqliyyat hadisəsi baş verib, 10 maşın bir-birilə toqquşub, ölən var. APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, dünən axşam saat 23 radələrində Dərnəgül şosesinin Nərimanov rayonuna aid ərazisində 02 BL 304 dövlət nömrə nişanlı “Lifan” markalı maşınla 90 LN 425 dövlət nömrə nişanlı “Mercedes” toqquşub. 
Bu zaman arxadan sürətlə gələn 99 GK 743 dövlət nömrə nişanlı “Daevo Gentra” və 90 SR 038 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil də onlara çırpılıb.
Şosedə sürətlə hərəkət edən 90 LH 816 dövlət nömrə nişanlı “Mitsubishi” və 90 JN 260 dövlət nömrə nişanlı “MAZ” da qəza törətmiş avtomobillərə çırpılıb. Şosedə hərəkətdə olan 10 ZE 823 dövlət nömrə nişanlı “KamAZ” isə “MAZ”a çırpılıb.
“KamAZ”ın sürücüsü dərhal hadisə yerində ölüb. “KamAZ”ın çırpıldığı “MAZ” isə zərbənin təsirindən yolda hərəkətdə olan 10 HB 688 dövlət nömrə nişanlı “VAZ 2107”ə, o da öz növbəsində 90 EN 793 dövlət nömrə nişanlı “Mercedes”ə çırpılıb. “Mercedes” isə 90 LP 329 “Shevrolet Aveo” ilə toqquşub.
Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib. Magistralda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Hadisə nəticəsində başqa ağır xəsarət alan olmayıb.

Qaynar.info