Xəbər lenti

Bakıda 11 avtoritet həbs olundu - ŞOK ƏMƏLİYYAT
Ölkə11:22 19.01.2013

Bakıda 11 avtoritet həbs olundu - ŞOK ƏMƏLİYYAT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yanvarın 18-də əvvəllər məhkum olunmuş, özlərini kriminal avtoritet adlandıran bir qrup şəxsin Xətai rayonu ərazisindəki kafelərdən birində toplaşaraq aralarında nüfuz dairələrinin bölgüsünü aparmaları barədə Daxili İşlər Nazirliyinə (DİN) əməliyyat məlumatı daxil olub.

DİN-dən Milli.Az-a verilən məlumata görə, məlumat yoxlanılaraq təsdiqini tapıb. Bununla əlaqədar dərhal həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində 11 nəfər saxlanılıb. Bu zaman onlar polisə müqavimət göstəriblər.
 
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılıb, araşdırmalar aparılır.