Xəbər lenti

Bakıda 13-cü mərtəbədən yıxılan fəhlənin acı taleyi
Ölkə08:25 07.04.2014

Bakıda 13-cü mərtəbədən yıxılan fəhlənin acı taleyi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Yasamal rayonu ərazisində dəhşətli hadisə baş verib.

Yasamal rayon Polis İdarəsi 29-cu polis bölməsindən Anspress-ə verilən məlumata görə, Əsəd Əhmədov küçəsində yeni tikilən hündürmərtəbəli binada işləyən fəhlə ölüb.

Tikinti gedən zaman binada işləyən 1961-ci il təvəllüdlü Əli İsmayılov 13-cü mərtəbədən yıxılıb.

Fəhlə dərhal hadisə yerindəcə keçinib. İlkin ehtimala görə, fəhlə ehtiyatsızlıq nəticəsində yıxılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Qaynar.info