Xəbər lenti

Bakıda 16 mərtəbəli bina tikmək üçün tələb olunan fantastik məbləğ (VİDEO)
Ekonomiks13:45 09.07.2021

Bakıda 16 mərtəbəli bina tikmək üçün tələb olunan fantastik məbləğ (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxtda 16 mərtəbəli binanın inşası üçün lazım olan 50-55 sotluq torpaq sahəsinin qiyməti 25 milyon manatdır.
Bu barədə "ARB Xəbər”də bildirilib. Məlumata görə, şəhərin mərkəzinə doğru ərazilərdə bu rəqəmlər bir qədər də artır. Göydələnlərdə mənzillərin qiymətinin göylə getməsi səbəbi də məhz bununla izah edilir.
Məsələ ilə bağlı açıqlama verən əmlak eksperti Ramil Osmanlı isə bildirib ki, bəzən torpağın qiyməti obyektin yekun dəyərinin 50 faizindən artığını təşkil edir. Ekspert bu səbəbdən bir çox şirkətlərin daha çox qazanc əldə etmək məqsədilə boş torpaq sahəsini deyil, söküntü aparılan əraziləri almağa üstünlük verdiyini bildirib.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/dhrB_nNEIvc" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">