Xəbər lenti

Bakıda 19 bina söküləcək
Ölkə18:10 15.02.2017

Bakıda 19 bina söküləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Paytaxtın Yasamal rayonu ərazisində qəzalı vəziyyətdə olan 19 binanın mərhələli şəkildə sökülərək yenidən tikilməsi nəzərdə tutulub.

Qaynarinfo.Az Publika.az-a istinadən xəbər verir ki, torpaqdan istifadə Mənzil İnşaatı Dövlət Agentliyinin ixtiyarına verilib.

Sözügedən binaların 12-si sökülüb, yeni binaların layihələndirilməsi başa çatdırılıb və tikinti işlərinə başlanılıb.

“Sovetski” adlanan ərazidə də daşınma və köçürülmə işləri davam etdirilib. Bundan başqa, 10 müxtəlif təyinatlı qeyri-qanuni bina sökülüb.

Qaynarinfo.Az