
Bakı şəhəri İşərişəhər metrosunun qarşısıpnda iki sərnişin avtobusu toqquşub.
Qaynar.info-nun hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, toqquşan 77 və 18 saylı sərnişin avtobusları olub.
Hadisə nəticəsində 77 nömrəli sərnişin avtobusu nəzarəti itirərək yoldan kənara çıxıb və səkidəki ağaca çırpılıb.
Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Qaynar.info