
Ötən gün saat 17 radələrində Bakının Nəsimi rayonu ərazisində 37 yaşlı kişini küçədə amansızcasını öldürüblər.
Nəsimi rayon prokurorunun köməkçisi Günay Səlimzadənin ANS PRESS-ə verdiyi məlumata görə, Qasımzadə 72 ünvanında Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Mirəli Haqzadə küçənin ortasında bıçaqlanıb. Ona 10-dan çox bıçaq zərbəsi vurublar.
Yaralı xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Hadisənin kimin tərəfindən törədildiyi hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Qaynar.info