Xəbər lenti

Bakıda 4600 manatlıq qələm oğurlandı
Ölkə08:02 29.03.2014

Bakıda 4600 manatlıq qələm oğurlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda dəyəri 4609 dəyərində qələm oğurlanıb. 

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, martın 27-də Bakı şəhər sakini Aydın Beyişov Polis Bölməsinə müraciət edərək bildirib ki, 25.03.2014-cü il tarixdə Ş.Qurbanov küçəsində yerləşən özünə məxsus dəftərxana ləvazimatları mağazasından, orada satıcı işləyən Bakı şəhər sakini Nicat Mikayılov 1 ədəd dəyəri 4609 manat olan qələm və qələm qabını oğurlayıb. 

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Nicat Mikayılov tutulub.

Qaynar.info