Xəbər lenti

Bakıda 6 avtomobil toqquşdu: 2 gənc qız yaralandı
Ölkə04:56 12.04.2014

Bakıda 6 avtomobil toqquşdu: 2 gənc qız yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yüksək sürətin səbəb olduğu qəza nəticəsində 6 avtomobil bir - birinə çırpılıb

Bakıda zəncirvari qəzaya səbəb olan yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in xəbərinə görə, hadisə Yasamal rayonu Cəfər Cabbarlı küçəsində baş verib. Yüksək sürətin səbəb olduğu qəza nəticəsində 6 avtomobil bir - birinə çırpılıb.

Məlumata görə, C. Cababarlı küçəsi ilə Füzuli meydanı istimətində hərəkdə olan “KIA” marklı minik maşını ilk öncə “Toyota” markalı maşına çırpılıb. Bundan sonra idərəetməni itirən “KIA” yolun əks hərəkət istimətinə keçib və “Siat” markalı digər nəqliyyat vasitəsinə çırpılıb.

Daha sonra hər iki maşın – “KIA” və “Siat” ardıcıl olaraq , “BMW”, “Daewoo” və “Mercedes” markalı daha 3 maşının əzilməsinə səbəb olub.

Qəza nəticəsində 2 nəfər - 27 yaşlı Osmanlı Təranə Azad qızı və 26 yaşlı Hüseynova Səbinə Əli qızı xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.

Qəzanın təfərrüatları isə Yasamal polisində araşdırılır.

Qaynar.info