
Azərbaycanda 613 min manata satılan "Mercedes S65 AMG" model avtomobilin real qiyməti bəlli olub.
Xatırladaq ki, dünən veridiyimiz məlumata görə, Turbo.az saytında yer alan elanda "Mercedes S65 AMG" markalı avtomobil 613 min manata təklif olunur. 2016-cı il istehsalı olan qara rəngli bu avtomobilin 6000 kubsantimetr həcmində, 630 at gücündə mühərriki var.
Qaynar.info oxu.az-a istinadən bildirir ki, hazırda eyni komplektasiyalı avtomobili Bakıda ƏDV daxil 480 min manata sifariş etmək mümkündür.
Qeyd olunur ki, 613 min manat həmin avtomobilin qeyri-rəsmi satış qiymətidir və bu tip avtomobili əldə etmək istəyən müştəri rəsmi dilerə müraciət edərək nə az, nə çox, düz 133 min manat qənaət etmiş olar.
Qaynar.info