Xəbər lenti

Bakıda 640 milyon dollarlıq stadiondan oğurluq edildi
Ölkə10:28 18.02.2014

Bakıda 640 milyon dollarlıq stadiondan oğurluq edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün Bakının Sabunçu rayonu Böyükşor şosesində yeni inşa olunan olimpiya stadionundan oğurluq baş verib.

Ans press-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, stadiondan 60 ədəd 4 metrlik armatur oğurlanıb.
Armatur oğurlayan Bakı şəhər sakinləri Bayram Dekanadze və əvvəllər məhkum olunmuş Tahir Bədəlov saxlanılıb.

Onlar Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsinə təhvil veriliblər.

Qaynar.info