Xəbər lenti

Bakıda 76 yaşlı qadın özünü yandırdı
Ölkə12:34 18.02.2014

Bakıda 76 yaşlı qadın özünü yandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda 76 yaşlı qadın özünü yandıraraq intihara cəhd edib.

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Asif Məhərrəmov küçəsi-38  ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1938-ci il təvəllüdlü Şəfiqə Quliyeva özünü yandıraraq intihara cəhd edib.
 
Ş.Quliyeva ağır yanıq xəsarətləri ilə 5 saylı Klinik xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.
 
Onun intihara cəhd etməsinin səbəbi hələlik bəlli deyil.

Qaynar.info