Xəbər lenti

Bakıda 9 yaşlı oğlanı zorlayana HÖKM OXUNDU
Ölkə18:29 09.02.2015

Bakıda 9 yaşlı oğlanı zorlayana HÖKM OXUNDU

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Oqtay Mayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 
Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrlik etdiyi qapalı prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə O. Mayılov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittihamçı-prokuror Oqtay Mayılovun 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini məhkəmədən istəmişdi.
Xatırladaq ki, Oqtay Mayılov ötən ilin yayında Sabunçu qəsəbəsində 9 yaşlı oğlanı Əlini (ad şəri verilib) zorlayıb. Həmin vaxt azyaşlı siqaret çəkirmiş. Oqtay azyaşlını siqaret çəkməsini onun anasına deyəcəyi ilə hədələyib və 9 yaşlı oğlanı gizli yerə apararaq zorlayıb.  
Oqtay Mayılov Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə itiham edilib.
Qaynar.info