
Ərazidəki 7 binada qazın verilişi dayandırılıb
Bu gecə paytaxtın Bakıxanov qəsəbəsində müəyyən problemlər yaşanıb. Əsən güclü külək burada evlərə ciddi ziyan vurub. Hətta bir neçə binada bu gün səhər saatlarınadək mavi yanacağin verilişi dayandırılıb.
ANS PRESS-in məlumatına görə, Bakıxanov qəsəbəsi Səməd Bəy Mehmandarov küçəsi 38-in sakinlərinin bu gecə gözlərinə qorxudan yuxu getməyib. Belə ki, güclü külək nəticəsində ağac aşaraq qaz xəttini ikiyə bölüb. Bundan başqa ərazidə olan evlərə də ciddi ziyan vurub. Çünkü külək nəticəsində bir yox, bir neçə ağac aşıb.
Hadisə yerində qaz xəttini bərpa etməyə gələn aidiyyatı qaz idarəsinin əməkdaşları yararsız vəziyyətə düşən və təhlükə saçan qaz xəttində qaynaq işlərini həyata keçirirdilər.
Qaz xəttində yaranan problem ərazidəki 7 binada qazın verilişinin dayandırılmasına səbəb olub.
Güclü külək Sabunçu rayonu Caparidze 1 ünvaninda isə bir ailənin evinin dam örtüyünü uçurub. Mənzil sahibi Adil Orucov bildirdi ki, səhər saatlarinda mənzil istismar sahəsi, rayon icra hakimiyyəti ərazidə olub və uçqunun dağıntıları onlar tərəfindən yığışdırılıb.
Qaynar.info