Xəbər lenti

Bakıda ağaclar kəsilir: Sakinlərdən ciddi etiraz (VİDEO)
Ölkə14:20 06.03.2023

Bakıda ağaclar kəsilir: Sakinlərdən ciddi etiraz (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhərində sakinlər ağacları kəsən mülkiyyətçiyə görə etiraz edirlər. 
Oxu.az-ın məlumatına görə, Ulduz Quliyeva adlı qadın Binəqədi rayon, 7-ci mikrorayon ərazisində torpaq alıb. 
Ərazidə yaşayan sakinlər bildiriblər ki, yaşadıqları binanın qarşısındakı ərazini Ulduz adlı qadın alıb və ağacları kəsdirib. 
Vətəndaşlar hazırda buna etiraz edirlər. Əraziyə Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri gəliblər.
Eyni zamanda ictimai asayişi qorumaq üçün əraziyə çoxsaylı polis əməkdaşları toplaşıblar. 
Məsələ barədə rəsmi qurumlar münasibət bildirməyib.