Xəbər lenti

Bakıda ana və körpə çoxmərtəbəli binadan yıxıldı - DƏHŞƏT
Ölkə06:29 29.08.2013

Bakıda ana və körpə çoxmərtəbəli binadan yıxıldı - DƏHŞƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhərinin Qaradağ rayonu ərazisində 32 yaşlı qadın azyaşlı övladı ilə çoxmərtəbəli binadan yıxılıb.

Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Müşfiqabad qəsəbəsi bina 5, mənzil 27 ünvanında 1981-ci il təvəllüdlü Əliyeva Aynur Məzahir qızı 2 yaşlı qızı Əliyeva Zamulə Elçin qızı ilə birlikdə eyvandan yıxılıb. 4-cü mərtəbədən yerə düşən ana və körpəsi ağır xəsarətlər alıb. Hər iki yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyətləri ağırdır.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Qaynar.info