Xəbər lenti

Bakıda aptekə silahlı basqın edilib
Ölkə11:49 05.10.2018

Bakıda aptekə silahlı basqın edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda aptekə basqın edilib.
Qaynarinfo xəbər verir ki, gecə saat 04 radələrində Nəsimi rayonu Rəşid Behbudov küçəsi 138 ünvanında yerləşən "Alma” aptekə gələn naməlum şəxs bıçaqla satıcıya hücum edib. O, kassadakı pulların verilməsini tələb edib. Xoşbəxtlikdən satıcı, 1995-ci il təvəllüdlü Rəsul Məmmədyarov xəsarət almayıb. Niyyətini sona çatdıra bilməyən naməlum şəxs qaçaraq ərazidən uzaqlaşıb.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsində araşdırma aparılır, ərazidəki müşahidə kameralarının görüntüləri nəzərdən keçirilir