Xəbər lenti

Bakıda atışma: bir nəfər tutulub
Ölkə11:30 10.03.2015

Bakıda atışma: bir nəfər tutulub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün Bakının Suraxanı rayonunda atışma olub. Anspress-in məlumatına görə, atışma səhər saatlarında Binə qəsəbəsində qeydə alınıb.
Atışmada radikal dini qruplaşmaların üzvlərinin iştirak etdiyi deyilir. Məslumatı dəqiqləşdirmək üçün Suraxanı rayon Polis İdarəsi 30-cu polis bölməsilə əlaqə saxladıq. Bölmədən anspress-ə hadisənin olmasını təsdiqlədilər. 
Bildirildi ki, dünən səhər saat 09 radələrində "102 xidməti"nə məlumat daxil olan kimi hadisə yerinə əməliyyat qrupu göndərilib.
Əməliyyat zamanı bir nəfər saxlanılıb. Hadisə barədə ətraflı məlumat verilməyib.
Qaynar.info