Xəbər lenti

Bakıda atışma olub: Ölən var
Ölkə08:29 24.03.2014

Bakıda atışma olub: Ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Zabrat qəsəbəsində baş verən silahlı insident nəticəsində 20 yaşlı Musayev Yaqub ölüb, 24 yaşlı Mehdiyev Pərvin isə yaralanıb

Bu gün səhər saatlarında Bakıda atışma olub. Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən ANS PRESS-ə verilən məlumata görə, silahlı insident səhər saat 11-radələrində qeydə alınıb.

Zabrat qəsəbəsi, 307 saylı orta məktəbin qarşısında qeydə alınan atışma zamanı bir nəfər ölüb. Bu 1994-cü il təvəllüdlü Musayev Yaqub Rabil oğludur. Hadisə zamanı 1991-ci il təvəllüdlü Mehdiyev Pərvin Cabir oğlu isə yaralanıb. O ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, hadisə qisas zəminində törədilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Faktla bağlı araşdırma başlanılıb.

Qaynar.info