Xəbər lenti

Bakıda atışma - YENİLƏNİB
Ölkə10:50 10.06.2013

Bakıda atışma - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

15:50

Bakıda silahlı insident törədən şəxs həbs edilib.

Bu barədə APA-ya Sabunçu Rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 8-də xuliqanlıq etdiyi üçün axtarışa verilən Samir Əliyev tutulub və ondan 1 ədəd ov tüfəngi götürülüb.

**

15:22

Bakıda silahlı insident baş verib. 

APA-nın Daxili İşlər Nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə iyunun 9-da Sabunçu rayonu M. Fətəliyev küçəsində qeydə alınıb. Bakı şəhər sakini Samir Əliyev naməlum şəxslə mübahisə edərkən xuliqanlıq zəminində ov tüfəngindən 2 dəfə atəş açaraq həmyerlisi İlqar Hüseynova məxsus “Opel” markalı avtomaşının arxa şüşəsini sındırıb, özünə məxsus “Lada-Priora” markalı avtomaşında hadisə yerindən qaçıb.

Hadisə yerinə baxış zamanı 2 ədəd giliz götürülüb.

S. Əliyevin tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Qaynar.info