Xəbər lenti

Bakıda Avropa çempionatı başladı
İdman06:13 13.06.2014

Bakıda Avropa çempionatı başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yubiley - ХХХ Avropa çempionatı başlayıb.

Bakıda artıq üçüncü dəfə keçirilən turnirdə qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparır. Onlar 9 medal dəsti uğrunda yarışırlar.

Yarışın ilk günündə A, В və С qruplarında yuniorların fərdi təsnifat turniri keçiriləcək. Gimnastlar top və halqa ilə çıxış edəcəklər.

Bundan başqa, iyunun 13-də senyorların 10 gürzlə, eləcə də 3 top və iki lentlə tapşırığı yerinə yetirəcəkləri qrup komandalarının yarışı da keçiriləcək.

Bədii gimnastika üzrə Avropa çempionatı iyunun 15-dək davam edəcək.

Qaynar.info