Xəbər lenti

Bakıda avtobusu sərxoş halda idarə edənlər var - VİDEO
Ölkə13:27 16.08.2014

Bakıda avtobusu sərxoş halda idarə edənlər var - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən keçirilən reydlər zamanı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 7cərimə meydançasına 100-dən artıq sərnişin daşıyan nəqliyyat vasitəsigətirilib.

ANS TV-nin məlumatına görə, Bakı Şəhər Baş Dövlət YolPolis İdarəsi və Nəqliyyat Nazirliyi əməkdaşlarının birgə apardığıreydlər mərkəzi yollarda baş tutub. Bakı Şəhər Baş Dövlət Yol Polisiİdarəsindən aldığımız məlumata görə, reydlərin aparılmasına zərurət songünlər sərnişin avtobuslarının iştirakı ilə törədilən qəzalar səbəbindənyaranıb.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovunsözlərinə görə, müvafiq qeydiyyat şəhadətnamələrinin olmaması,kateqoriya, sürücülük vəsiqəsi olmadığı üçün, eyni zamanda sərxoşvəziyyətdə avtobusun idarə olunması faktı aşkarlandığı üçün avtomobillərburaya gətirilib: “Bu gün keçirdiyimiz reyd zamanı çox sayda avtobussürücüsünə tərtib edilmiş protokol üzrə təyin edilən cərimə məbləğinin 3aydan çox vaxt keçməsinə baxmayaraq ödənilməməsidir”.

Sürücülükvəsiqəsi və xüsusi kateqoriyası olmayan, həmçinin sərxoş vəziyyətdəsükan arxasına oturan şəxslərin reydlər zamanı aşkarlanmasına və onlarınidarə etdiyi avtobusların cərimə meydançasına gətirilməsinə isənəqliyyat nazirliyinin müfəttişi Kamran Dəmirov bu cür açılqama verdi:

"Buradamüxtəlif cür olur, sürücü səhər gəlir, avtobusu gotürür və xəttə çıxır,onun əvəzedicisi var. Yəqin ki, o, qıraqdan gəlir, ona biz nəzarət edəbilmirik, səhər tezdən də bu gəlir, avtobusu götürür, bütünmüayinələrindən keçir. Lakin istirahət vaxtı yorulur və avtobusubaşqasına verir, onları da biz tam aşkar edə bilmirik”.

Qanunpozuntusuna yol verən sürücünün aşkarlanmasının da şahidi olduq. 14saylı marşrutun sürücüsü kimi çalışan bu şəxsin yol verdiyi qanunpozuntusu nəqliyyat nazilriyinin müfəttişləri tərəfindən aşkar edildi.

Nəqliyyat nazirliyinin əməkdaşı Vüqar İbrahimlideyir ki, sürücünün sürücülük vəsiqəsi və kateqoriyası var: “Amma"putyovka"sı yoxdur, indi sürücü onu itirdiyini deyir. Hazırda bu şəxsinmaşını qaraja göndərilir və müəyyən ediləcək ki, niyə "putyovka"sızavtobus xəttə buraxılıb.

Sərnişinlər avtobusdan çıxarıldıqdan sonra avtobus qaraja göndərildi.

NəqliyyatNazirliyi əməkdaşlarından onu da öyrəndik ki, 100-ə yaxın avtobusuncərimə meydançasına aparılması, sərnişindaşımada sıxlığın yaranmasınasəbəb olmayacaq. Bunun üçün artıq ehtiyatda olan avtobuslar xəttəburaxılıb.

Qaynar.info