Xəbər lenti

Bakıda avtomobil polisi vurdu
Ölkə07:47 21.12.2013

Bakıda avtomobil polisi vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda yol polisini maşın vurub.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün Neftçilər prospektində qeydə alınıb.

Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Yusif Ələsgərovun idarə etdiyi 10 SU 025 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillə xidmətdə olan, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis serjantı, 1969-cu il təvəllüdlü Asif Qiyas oğlu Mirzəliyevi vurub.

A. Mirzəliyev kəllə beyin travması ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Hadisəni törədən Y. Ələsgərov şübhəli şəxs qismində tutulub. 

Qaynar.info