Xəbər lenti

Bakıda avtomobil qadın piyadanı vuraraq öldürdü
Ölkə09:12 04.12.2013

Bakıda avtomobil qadın piyadanı vuraraq öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Nobel prospektindəki şadlıq sarayının qarşısında qeydə alınıb.
 
1987-ci il təvəllüdlü Yusif Ədalət oğlu Cəfərovun idarə etdiyi 10-SN-204 dövlət nömrə nişanlı “VAZ 21- 04” markalı avtomobil yolu keçən Osipova Tatyananı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.


Qaynar.info