Xəbər lenti

Bakıda avtomobil yolda qazılmış quyuya düşüb
Ölkə18:45 07.08.2019

Bakıda avtomobil yolda qazılmış quyuya düşüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda avtomobil qaz borusu təmir edilən quyuya düşüb

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Hüseyn Cavid prospekti 231-235 ünvanında "Daewoo” markalı avtomobili idarə edən Əziz Vəliyev qəfil yolun ortasında qazılmış quyuya düşüb. Sürücü sınıq xəsarətləri alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. 

Sürücünün sözlərinə görə, qəza yolda xəbərdarlıq nişanının olmaması səbəbindən baş verib.

Hadisə yerinə "Azəriqaz” ASC-nin əməkdaşları cəlb edilib.
"Azəriqaz” ASC-nin çilingəri bildirib ki, yolda nişan qoyulub, işlər çox olduğundan yolu qazaraq işi yarımçıq qoyublar.

Hadisə yerinə Yasamal RPİ və Yasamal DYPŞ-nın əməkdaşları cəlb edilib. Yolda sıxlıq yaranmasın deyə Yol Patrul Xidmətinin əməkdaşları hərəkəti nizamlayıb.

Qeyd edək ki, avtomobili quyudan çıxarmaq üçün hadisə yerinə ağır texnika da cəlb edilib.