Xəbər lenti

Bakıda avtomobillərlə at oynadan ərəb qiyafəli şəxslər kimdir? - FOTO/VİDEO
Ölkə06:29 06.02.2015

Bakıda avtomobillərlə at oynadan ərəb qiyafəli şəxslər kimdir? - FOTO/VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhərində sükanı arxasında əmmaməli sürücülər olan eksklüziv üç avtomobil peyda olub. Avtomobillər paytaxtda rast gəlinməyən 6-təkərli "Gelandewagen", "Range Rover Cabrio" markalı avtomobillərdir. Onları ərəb qiyafəsində olan adamlar sürürlər. 
Oxucuların milli.az-a verdikləri məlumata görə, həmin avtomobillər Bakıya bir neçə gün əvvəl Dubay aviareysi ilə gətirilib. Ərəb qiyafəsində olan şəxslər maşınları ilə hava limanından birbaşa şəhərə doğru irəliləyiblər. 
Digər məlumata görə, həmin avtomobillərdən biri dünən axşam Əziz Əliyev küçəsində tıxaca düşüb. Sürücü isə avtomobili piyada səkisinə çıxararaq yoluna davam edib. Onu yol polisi saxlamağa cəhd etsə də, heç bir nəticə olmayıb. 
Qaynar.info