Xəbər lenti

Bakıda bahalı avtomobil piyadanı vurub öldürdü
Ölkə16:41 11.10.2018

Bakıda bahalı avtomobil piyadanı vurub öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Paytaxt sakini Hüseynov Pərviz Mehdi oğlu idarə etdiyi "Toyota Land Cruiser" markalı 90-OL-019 dövlət nömrə nişanlı avtomobillə Bakıxanov qəsəbəsində, Mehmandarov küçəsi ilə hərəkətdə olarkən yolu keçən piyada Şirbitov Kamal Soltan oğlunu vurub.
Yaralı ağır vəziyyətdə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, orada ölüb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb.