Xəbər lenti

Bakıda bahalı maşın yandı
Ölkə07:29 07.09.2014

Bakıda bahalı maşın yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gecə Bakıda yanğın hadisəsi qeydə alınıb. 
Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 16 kv.m olan qarajın içərisində quraşdırılmış elektirik lövhəsi və elektrik kabelləri 20 p.m yanıb.
Yüksək temperaturdan qarajda olan "LEXUS" markalı minik avtomobilinin qabaq hissəsində plastmast hissələr və qarajın lambirdən ibarət tavan 8 kv.m sahədə deformasiyaya uğrayıb. 
Qarajın və avtomobilin qalan hissəsi, eləcə də bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 00:06-da söndürülüb.
Qaynar.info