Xəbər lenti

Bakıda baş verən vahimə barədə açıqlama
Ölkə11:06 25.09.2014

Bakıda baş verən vahimə barədə açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili İşlər Nazirliyi ötən gecə Bakının Keşlə qəsəbəsində baş verən vahiməli anlar barədə açıqlama yayıb. 

Qaynar.info nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saat 04 radələrində Keşlə qəsəbəsinin ərazisində qorunmayan keçiddə elektrovozla naməlum sürücünün idarə etdiyi “Saipa” markalı avtomobil vurulub.

Sürücü avtomobili hadisə yerində ataraq gedib. Nəticədə avtomobil yararsız hala düşüb.

Bundan əlavə, 2 ədəd elektrik dirəyi, 2 ədəd qaz borusu, 1 ədəd elektrik və 1 ədəd qaz sayğacları aşıb. Habelə qəsəbə sakini Seymur Cəbrayılova məxsus evin hasarının 3 kvm. hissəsi dağılıb.

Qəsəbə sakinləri baş verən hadisədən təşvişə düşərək evlərindən çölə axışıblar.

Qaynar.info