Bakı dəmiryol vağzalında izdiham müşahidə olunur. Bayramqabağı ölkədaxili istiqamətdə qatarların kupesinə satışda bilet qalmayıb. Axar.az-ın əməkdaşı dəmiryol vağzalında olub.
Jurnalist kassalardan cənub zonası və qərb bölgəsi istiqamətinə kupeyə bilet istəyib. Xəzinədarlar isə kupeyə bilet qalmadığını bildirib və ayın 19-da kassalara yaxınlaşmağı məsləhət görüb.
Kassirlərin sözlərinə görə, bayrama bir gün qalmış qatarlara əlavə kupe-vaqonların qoşulacağı ehtimal olunur. Hazırda yalnız plaskarta bilet tapmaq olar ki, artıq ayın 15-dək kassalarda bir bilet də qalmayacağını əminliklə söyləmək olar.
Qaynar.info