Xəbər lenti

Bakıda bazarda 200 manata meyvə satılır (VİDEO)
Video 09:25 13.02.2025

Bakıda bazarda 200 manata meyvə satılır (VİDEO)

Alça, çiyələk, qarpız, gilas, ərik, şaftalı..

Qaynarinfo xəbər verir ki, mövsümü ayları olan bu meyvələr, hazırda da paytaxt bazarlarının piştaxtalarında alıcılara tədqim olunur.

Qiymətləri də mövsümündəkindən kifayət qədər bahadır. Məsələn alçanın bir kilosu 200-250 manat, gilas 100-120, ərik 50-60, şaftalı 40-50 manatdır.

Alıcılar deyir ki, mövsümi olmayan meyvələr həm çox bahadır, həm də təbii deyil.

Satıcılar isə əksini deyir. Onların sözlərinə görə, qeyri-mövsümi meyvələrə tələbat var. Bu meyvələr ölkəmizə əsasən xaricdən gətirilir.

Ekspertlər isə bu cür meyvələrin daşınması və saxlanması üçün əlavə xərclərin olduğunu, buna görə də qiymətlərin yüksək olduğunu bildirirlər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->