Xəbər lenti

Bakıda bələdiyyə sədrinin başını niyə kəsiblər?
Ölkə10:59 08.06.2015

Bakıda bələdiyyə sədrinin başını niyə kəsiblər?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gecə Abşeron rayonunun Saray bələdiyyəsinin sədrini və onun həyat yoldaşını qətlə yetirən adam ailənin yaxşı tanıdığı şəxs olub.
Anspress-in məlumatına görə, bələdiyyə sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı 1976-cı il təvəllüdlü Vəfadar Ədilhəsənovu evlərində qətlə yetirən qəsəbədə ev dəllalı olub.
Hadisəni törədən 1980-cı il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov Saray qəsəbəsində uzun müddət ev alqı-satqısı ilə məşğul olurmuş. Onun bələdiyyə sədri Vəsilə Əbilhəsənova və həyat yoldaşı ilə yaxşı münasibətləri olub.
Onların arasında mübahisə isə torpaq üstündə yaranıb. Hələlik mübahisənin dəqiq motivi məlum olmasa da, Fədail Hüseynovun bələdiyyə sədrinin evinə son dəfə torpaq üstündə yaranmış mübahisəyə son qoymaq üçün getdiyi ehtimal edilir.
Fədail Hüseynov bələdiyyə sədrinin boğazını bıçaqla kəsib və onun bədəninə çoxsaylı bıçaq zərbələri vurub. Onun həyat yoldaşı Vəfadarı isə güllələyib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Qaynar.info