Xəbər lenti

Bakıda bu mənzil 3.5 milyona satışa çıxarıldı (FOTOLAR)
Ekonomiks07:50 06.01.2024

Bakıda bu mənzil 3.5 milyona satışa çıxarıldı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhərində mənzil fantastik qiymətə - 3 milyon 500 min  manata satışa çıxarılıb.
"Yeni Sabah" xəbər verir ki, mülk paytaxtın Nəsimi rayonunda, Vidadi küçəsində yerləşir. "Tarqovu” adlanan ərazidə yerləşən arxitektur binadakı mənzilin sahəsi nə az, nə çox, 400 kvadrat metrdir və 8 otaqdan ibarətdir. 
Belə ki, "Tarqovu” adlanan ərazidə yerləşən mənzil iki evdən ibarətdir və mənzillərin girişi bir blokdandır. Elanda qeyd edilir ki, birinci mərtəbə 3 yataq otağı, 1 zal, 3 sanuzel, qarderob, geniş dəhliz və mətbəxdən ibarətdir. İkinci mərtəbədə isə 3 otaq, zal və ikinci mətbəx var.